Frank Şvalba-Hot
Frank Schwalba-Hoth (12 dekabr 1952, Hamburq, Almaniya) keçmiş siyasətçi, Avropa Parlamentinin yaşıllar partiyasından olan keçmiş üzvü və Almaniya yaşıllar partiyasının qurucu üzvü olmuşdur. Orta Məktəb və Hərbi xidmətini bitirdikdən sonra, Frank Schwalba Hoth, 1974-1981- ci illərdə Marburg Universitetində təhsil almışdır. Frank Schwalba-Hoth-un bir qız övladı var.
== Siyasət ==
Frank Schwalba-Hoth hələ tələbə olarkən siyasətlə daha yaxından marağlanmağa başlamışdır. Marburg Universiteti Tələbə Parlamentinin üzvü, 1979-1980-ci illərdə isə həmin parlamentin Prezidenti olmuşdur. Almaniya Federal Respublikasında insan haqqları barəsində 3-cü Beynəlxalq Russel Tribunalı kimi təşəbbüslərin üzərində çalışmışdır. Almaniya Yaşıllar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. 1982-1983-cü illərdə Almaniyanin Hesse regionunun yerli parlamentinin üzvü olmuşdur. Frank Schwalba-Hoth tərəfindən irəli sürülən "Müəllim Təlimi" haqqda qanun layihəsi, Almaniya Parlamentində yaşıllar tərəfindən irəli sürülən ilk qanun layihəsi olmuşdur.
Almaniyanın Hesse regionunda ABŞ əsgərleri üçün təşkil olunan tədbir zamanı, Frank Schwalba-Hoth ABŞ nüvə raketlərinin Almaniya ərazisində yerləşdirilməsinə etiraz olaraq, öz qanını Amerika Ordu Generalı Paul S. Williams-ın medalları üzərinə axıtmışdır.